Fransis Krik

Fransis Krik
ing. Francis Harry Compton Crick
Doğum tarixi 8 iyun 1916(1916-06-08)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 28 iyul 2004(2004-07-28)[4][2][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng[3]
Elm sahələri Molekulyar biologiya[1], dezoksiribonuklein turşusu[1], fizika[1], neyroelm[1], Biofizika[1], Genetika[1]
İş yerləri
Təhsili
Elmi rəhbəri Maks Peruç[5]
Üzvlüyü
Mükafatları fiziologiya və tibb üzrə Nobel mükafatı "Xidmət" ordeni
"Kopli" medalı
Philadelphia Liberty Medal
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransis Harri Kompton (8 iyun 1916[2][3][…], Northempton[3]28 iyul 2004[4][2][…], La-Hoyya[d], Kaliforniya[3]) ― İngilis molekulyar bioloq, biofizik və nevroloq idi. O, Ceyms UatsonRosalind Franklin DNT molekulunun sarmal quruluşunun deşifrə edilməsində mühüm rol oynadılar. Krik və Uatson'un 1953-cü ildə "Təbiət" jurnalında yazdığı məqalə DNT quruluşunu və funksiyalarını öyrənmək üçün təkan verdi. Moris Uilkins ilə birlikdə "Nuklein turşularının molekulyar quruluşu və canlı materialda məlumat ötürülməsi üçün əhəmiyyətinə dair kəşflərinə görə" 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdülər. [6]

Krik nəzəri molekulyar bioloq olması DNT-nin sarmal quruluşunu ortaya çıxarmaq ötrü əlaqəli araşdırmalar aparmasında mühüm rol oynadı. Məlumat nuklein turşularından (DNT və ya RNT) zülallara ötürüldükdə, nuklein turşularına geri dönə bilməyəcəyi fikrini ümumiləşdirmək üçün "mərkəzi dogma" ifadəsini istifadə etməklə məşhurdur. Başqa sözlə, nuklein turşularından zülallara informasiya axınındakı son addım geri dönməzdir. [7]

Karyerasının qalan dövründə J.V.Kiekhefer, Kaliforniya, La Jolladakı Salk Bioloji Araşdırmalar İnstitutunda xüsusi tədqiqat professoru kimi fəaliyyət göstərmişdir. Onun sonrakı tədqiqatları nəzəri neyrobiologiya və insan şüurunun elmi tədqiqatını inkişaf etdirmək cəhdləri üzərində quruldu. Ölənə qədər bu vəzifədə qaldı; Kristoff Kox, "elm adamı ölüm yatağından acı sona qədər bir əlyazma yaratmalıdır" dedi. [8]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 https://www.biography.com/people/francis-crick-9261484.
  4. 1 2 DNA Scientist Francis Crick Dies at 88. // Yahoo! News Associated Press, 2004.
  5. 1 2 3 4 5 6 7 8 9 Francis Crick Biography. // Biography: Historical & Celebrity Profiles
  6. The Nobel Prize in Physiology or Medicine 1962 Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine. Nobel Prize Site for Nobel Prize in Physiology or Medicine 1962.
  7. Crick FH. "On protein synthesis" (PDF reprint). Symp. Soc. Exp. Biol. 12. 1958: 138–63. PMID 13580867. 2019-05-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-21.
  8. Shermer, Michael. "Astonishing Mind: Francis Crick 1916–2004". Skeptics Society. 30 July 2004. 7 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2006.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search